17 aprel 2025 09:09
162

Bu gün Avroliqada yarımfinalçılar məlum olacaq

Bu gün UEFA Avropa Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, bununla da bütün yarımfinalçıların adına aydınlıq gələcək.

"Latsio" ilk oyunda məğlub olduğu "Budo Qlimt"i qəbul edəcək. "Mançester Yunayted" 1 həftə əvvəl heç-heçə etdiyi "Lion"la evdə qarşılaşacaq.

"Tottenhem" səfərdə bərabərə qaldığı "Ayntraxt"ın müqavimətini qırmağa çalışacaq. "Atletik" isə ilk görüşdə sülhə razılaşdığı "Reyncers"lə Bilbaoda üz-üzə gələcək.

Avropa Liqası, 1/4 final,

ilk oyunlar

17 aprel

23:00. “Latsio” (İtaliya) - “Budo Qlimt” (Norveç)

İlk oyun - 0:2

23:00. “Mançester Yunayted” (İngiltərə) - “Lion” (Fransa) 

İlk oyun - 2:2

23:00. “Ayntraxt” (Almaniya) - “Tottenhem” (İngiltərə)

İlk oyun - 1:1

“Atletik” (İspaniya) - “Reyncers” (Şotlandiya)

İlk oyun - 0:0

Yarımfinal cütlükləri:

“Latsio” (İtaliya) - “Budo Qlimt” (Norveç) / “Ayntraxt” (Almaniya) - “Tottenhem” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə) - “Lion” (Fransa) / “Atletik” (İspaniya) - “Reyncers” (Şotlandiya)