Bu gün Konfrans Liqasında yarımfinalçılar müəyyənləşəcək.
“İki sahil” xəbər verir ki, 1/4 finalın bütün cavab görüşləri eyni gündə keçiriləcək.
"Fiorentina" "Selye" ilə bu dəfə evdə qarşılaşacaq (ilk oyun - 2:1). "Betis" ötən həftə qalib gəldiyi (2:0) "Yagelloniya"nın qonağı olacaq. "Çelsi" 3 cavabsız qol vurduğu "Legiya"nı qəbul edəcək. "Yurqorden" isə minimal hesabla (0:1) uduzduğu "Rapid"lə səfərdə üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları mayın 1-də, cavab görüşləri isə mayın 8-də keçiriləcək.
Konfrans Liqası, 1/4 final, ilk oyunlar
17 aprel
20:45. “Fiorentina” (İtaliya) - “Selye” (Sloveniya)
İlk oyun - 2:1
20:45. “Yagelloniya” (Polşa) - “Betis” (İspaniya)
İlk oyun - 0:2
23:00. “Çelsi” (İngiltərə) - “Legiya” (Polşa)
İlk oyun - 3:0
23:00. “Rapid” (Avstriya) - “Yurqorden” (İsveç)
İlk oyun - 1:0
Yarımfinal cütlükləri:
“Rapid” (Avstriya) - “Yurqorden” (İsveç) / “Çelsi” (İngiltərə) - “Legiya” (Polşa)
“Fiorentina” (İtaliya) - “Selye” (Sloveniya) / “Yagelloniya” (Polşa) - “Betis” (İspaniya)