Tanınmış alman mütəxəssis Yurgen Klopp "Red Bull" şirkətinin strukturunda fəaliyyətindən məmnun deyil.
“İki sahil” xəbər verir ki, 57 yaşlı Klopp hazırda şirkətin baş idman direktoru vəzifəsində çalışsa da, bu roldan kifayət qədər zövq almır. Onun əsas istəyi yenidən baş məşqçi kimi yaşıl meydanlara qayıtmaqdır.
Mənbələrin iddiasına görə, Klopp hazırda iki ciddi variantı nəzərdən keçirir - Braziliya milli komandası və Madridin "Real" klubu. Hələlik Braziliya Futbol Federasiyası məşqçi ilə əlaqə saxlamasa da, "Real" rəhbərliyinin alman çalışdırıcını Karlo Ançelottinin mümkün varisi kimi gördüyü bildirilir.
Qeyd edək ki, Klopp son olaraq İngiltərənin "Liverpul" klubunda uzun illər uğurla çalışıb və bir sıra titullar qazanıb.