Bu gün Misli Premyer Liqasında 31-ci tur start götürəcək.
“İki sahil” xəbər verir ki, ilk günə 1 oyun nəzərdə tutulub.
"Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək.
Hazırda turnir cədvəlində Naxçıvan klubu 52 xalla 3-cü, Tovuz təmsilçisi isə 47 xalla 4-cüdür.
Bu komandalar arasında əvvəlki 3 dövrənin matçlarında 2 dəfə "Araz-Naxçıvan" (2:1, 1:0), 1 dəfə isə "Turan Tovuz" qələbə (1:0) qazanıb.
Misli Premyer Liqası,
31-ci tur
18 aprel
19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
"Liv Bona Dea Arena"