18 aprel 2025 21:03
148

Bu halda Haaland “Mançester Siti”dən gedəcək

İngiltərə nəhəngi "Mançester Siti"nin ulduz hücumçusu Erlinq Haaland yayda klubundan ayrıla bilər.

“İki sahil” xəbər verir ki, futbolçu artıq komanda rəhbərliyi ilə masaya da oturub. "Mançester"dən gedəcəyi siqnalını verən norveçli şərt kimi gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilmələrini qoyub.

Qeyd edək ki, "qol maşını"nın xidmətində "Real Madrid" maraqlanır.

Haaland bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 40 oyunda 30 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.