Misli Premyer Liqasında 31-ci tur davam edir.
“İki sahil” xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə 5-ci pillədəki “Sabah” autsayder “Səbail”i qəbul edəcək. Cari mövsüm bu komandaların oyunlarında “Sabah”ın üstünlüyü var. 3 oyundan 2-də qalib gələn komanda 1 matçda da heç-heçə ilə kifayətlənib.
Digər qarşılaşmada isə Azərbaycan derbisi baş tutacaq. Lider “Qarabağ” 6-cı pillədə qərarlaşan “Neftçi”ni sınağa çəkəcək. Bu mövsüm Ağdam klubu əzəli rəqibini hər 3 matçda məğlub edib. “Qarabağ”dan xal ala bilməyən “Neftçi” qola da həsrətdir (0:4, 0:3, 0:1).
“Qarabağ” “Neftçi”ni məğlub etsə və sabah “Zirə” “Sumqayıt”la matçda xal itirsə, Ağdam klubu növbəti çempionluğunu rəsmiləşdirəcək.
Misli Premyer Liqası,
31-ci tur
19 aprel
17:30. “Sabah” - “Səbail”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
"Bank Respublika Arena"
20:00. “Qarabağ” - “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu
20 aprel
16:30. “Şamaxı” - “Kəpəz”
19:00. “Zirə” - “Sumqayıt”
18 aprel
“Araz-Naxçıvan” - “Turan Tovuz” - 1:1