19 aprel 2025 21:28
110

Azərbaycan derbisi: “Qarabağ” – “Neftçi” oyununda üçüncü qol vurulub

Misli Premyer Liqasının XXXI turunda üz-üzə gələn “Qarabağ” və “Neftçi” komandaları arasındakı oyunda üçüncü qol vurulub.

“İki sahil” xəbər verir ki,  Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan derbisinin 42-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Nəriman Axundzadə fərqlənib.

***

“Qarabağ” və “Neftçi” komandaları arasındakı oyunda ikinci qol vurulub.

Derbinin 40-cı dəqiqəsində Ağdam təmsilçisinin heyətində Yassin Benzia penaltidən fərqlənib.

***

Misli Premyer Liqasının XXXI turunda üz-üzə gələn “Qarabağ” və “Neftçi” komandaları arasında oyunda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan derbisinin 22-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir fərqlənib.

Qeyd edə ki, görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.