20 aprel 2025 01:56
97

"Beşiktaş" yenə xal itirdi, "Trabzonspor"dan qələbə

Türkiyə Superliqasında 32-ci turun matçları keçirilir.

Bu gün 3 görüş oynanılıb.

"Beşiktaş" evdə "Göztepe" ilə heç-heə edib. "Trabzonspor" "Adana Demirspor"a qalib gəlib. "Sivasspor" isə "Kasımpaşa"ya uduzub.

Hazırda turnir cədvəlinə 77 xalla (30 oyuna) "Qalatasaray" liderlik edir. "Fənərbaxça" 71 xalla (29 matça) 2-ci, "Samsunspor" 51 xalla (30 oyuna) 3-cüdür. 50 xala (30 matça) malik "Eyüpspor" 4-cü pillədə, 49 xalı olan (30 oyuna) "Beşiktaş" isə 5-ci pillədə qərarlaşır.

Türkiyə Superliqası,

32-ci tur

19 aprel

"Kasımpaşa" 3-1 "Sivasspor"

Qollar: Keleş, 6, Fall, 34, Kara, 90+9 -pen. - Koyta, 84

"Adana Demirspor" 0-1 "Trabzonspor"

Qol: Banza, 45

"Göztepe" 1-1 "Beşiktaş"

Qollar: Köybaşı, 46 - Silva, 10

QOL.az