"Roma" hücumçusu Eldor Şomurodovla müqaviləni uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb.
Özbəkistanlı futbolçunun yeni sözləşməsi 2027-ci ilin iyununa qədərdir. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu. Komandanın baş məşqçisi Klaudio Ranyerinin Şomurodovun qalmasında israrlı olduğu bildirilib.
Qeyd edək ki, Özbəkistan millisinin üzvü bu mövsüm "Roma"da bütün turnirlərdə 32 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.