20 aprel 2025 19:14
304

Tramp Dövlət Departamentinin Afrikadakı fəaliyyətini azaldacaq?

ABŞ Prezidenti Donald Tramp gələn həftə Dövlət Departamentinin və ABŞ-ın Afrikadakı səfirliklərinin fəaliyyətinin azaldılması ilə bağlı sərəncam imzalaya bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata əsasən, sərəncam Dövlət Departamentinin yenidən qurulmasını, o cümlədən Afrika qitəsinin bir çox ölkələrində ABŞ səfirliklərinin bağlanmasını nəzərdə tutur.

Bildirilib ki, sərəncamda həmçinin iqlim dəyişikliyi, miqrasiya və insan hüquqları ilə məşğul olan büronun ləğvi ilə bağlı məlumatlar da yer alıb.