20 aprel 2025 19:28
115

Filippində avtobus kanala düşüb, ölənlər və xeyli sayda yaralı var

Filippinin Marinduk əyalətində ictimai nəqliyyat növü olan "cipni"nin yol kənarındakı kanala düşməsi nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

“İki sahil” “Xinxua”ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilir ki, içərisində 26 nəfərin olduğu "cipni" çay kənarındakı ailəvi istirahət məkanına gedirmiş. İlkin məlumata görə, avtomobilin əyləcləri sıradan çıxıb və o, kanala düşməzdən əvvəl yüksək sürətlə beton maneəyə çırpılıb.