20 aprel 2025 20:53
101

“Zirə” “Sumqayıt”a qalib gəldi

Misli Premyer Liqasının 31-cu turunda “Zirə” “Sumqayıt”ı qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 6-cı dəqiqəsində Giorgi Papunaşvili hesabı açıb. 45+1-ci dəqiqədə isə Martins Juniyor bakılıların üstünlüyünü iki qola yüksəldib.

52-ci dəqiqədə Bobir Abdixolikov buraxılan qollardan birinin əvəzini çıxsa da 89-cu dəqiqədə Salifu Suma yenidən fərqi iki topa yüksəldib – 3-1.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

31-ci tur

20 aprel

19:00. “Zirə” 3–1 “Sumqayıt”

Qol: Giorgi Papunaşvili, 6 (1-0), Martins Juniyor, 45+1 (2-0), Bobir Abdixolikov, 52 (2-1), Salifu Suma, 89 (3-1)

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Zirə İdman Komnpleksinin stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”