Braziliya Futbol Federasiyası (BFC) "Real"ın baş məşqçisi Karlo Ançelottini ölkələrinin millisinə təyin etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
BFC bu təyinatı yayda keçiriləcək klublararası dünya çempionatından öncə həyata keçirmək istəyir. Federasiya təmsilçiləri artıq danışıqlar üçün Madriddədir. Onlar yekun qərarı tez bir zamanda almaq üçün növbəti həftə də danışıqlara davam edəcəklər.
Bildirilir ki, Karlo Ançelottinin "Real"dan yaxın zamanda ayrılması mümkün görünür.