Samux rayonunun Hacıalılı kəndində ümumi sahəsi 168 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı 12 m² sahədə və dam örtüyünün taxta atmaları 8 m² sahədə yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.