21 aprel 2025 12:41
376

Baş məşqçisi "Milan"ı tərk edəcək

"Milan"ın baş məşqçisi Serxio Konseysao mövsümün sonunda klubu tərk edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klub rərbərliyi 2026-cı ilin iyununa qədər müqaviləsi olan portuqaliyalı məşqçi ilə yola davam etmək istəmir.

50 yaşlı mütəxəssis 2024-cü ilin dekabrında "Milan"a baş məşqçi təyin edilib. Komanda onun rəhbərliyi altında bütün turnirlərdə 24 oyun keçirib, 11 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 8 matçda isə məğlub olub.

Mənbənin məlumatına görə, baş məşqçinin “Çelsi”dən icarəyə götürülən həmyerlisi Joao Feliks də komandanı tərk edəcək.

Qeyd edək ki, “Milan” İtaliya A Seriyasında 33 oyundan sonra 51 xalla 9-cu pillədə qərarlaşıb.