İtaliya qəzetləri yazır ki, aprelin 21-də səhər saatlarında vəfat edən Papa Fransiskin ölümünə insult səbəb ola bilər.
“İki sahil” xəbər verir ki, bu barədə "Corriere della Sera" yazır.
"Ölümün mümkün səbəbi insultdur", - deyə, nəşr qeyd edib.
Eyni məlumatı "La Repubblica" da yayıb. TASS-dakı mənbənin məlumatına görə, ötən gecə Papanın vəziyyəti xeyli pisləşib.
Aprelin 21-də səhər saatlarında Papa Fransisk vəfat edib. Yeni Roma Papasının adı 15-20 gün ərzində məlum olacaq.