21 aprel 2025 17:26
74

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.

“İki sahil” Report-a istinadla xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, bu gün saat 16:05 radələrindən başlayaraq Mərkəzin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

“Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda vurğulanıb.