21 aprel 2025 17:31
94

Pakistanlı jurnalist Ağdam Cümə məscidində azan verib - VİDEO

Pakistanlı jurnalist Malik Ayub Sumbal Ağdam Cümə Məscidində azan verib.

“İki sahil” xəbər verir ki,  bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.  

Qeyd edək ki, hazırda Azərbaycanda səfərdə olan Malik Ayub Sumbal “Tovuzdan Qarabağa” adlı kitabın müəllifidir. Kitabda Azərbaycanın son 30 illik tarixiindən söz açılıb, Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət təhlil edilib. Nəşr 44 günlük Vətən müharibəsindən sonra bu mövzuda yazılan ilk kitablardandır.