23 aprel 2025 08:20
109

Nyu Cersi ştatında meşə yanğınları tüğyan edir

ABŞ-nin Nyu Cersi ştatında güclü meşə yanğını təxminən 1,300 hektar ərazini əhatə edib.

“İki sahil” xəbər verir ki, bu barədə yerli meşə yanğınsöndürmə xidməti çərşənbə axşamı məlumat yayıb.

Alovun yayılması nəticəsində təxminən 1300 bina təhlükə altındadır. Hakimiyyət orqanları Okean qraflığından 3 min sakinin təxliyəsinə qərar verib. Yanğının başvermə səbəbi hələ ki, müəyyən edilməyib.

Hazırda yanğının yalnız 5 faizi nəzarət altına alınıb. Ölən və ya yaralananlar barədə hələlik məlumat verilmir. Fövqəladə xidmətlər hadisə yerində işləri davam etdirir.