24 aprel 2025 12:28
276

Son iki ildə Türkiyədə 118 mindən çox miqrant dənizdə boğulmaqdan xilas edilib

Son iki il ərzində Türkiyədə 118 min 552 miqrant dənizlərdə boğularaq ölməkdən xilas edilib.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə daxili işlər nazirinin müavini Mehmet Aktaş Almatı Prosesinin III Nazirlər Konfransında deyib.

Onun sözlərinə görə, 2023-cü ildən bəri 456 min 851 qeyri-qanuni miqrant saxlanılıb:

Bununla yanaşı, 261 min 701 qeyri-qanuni miqrant ölkədən deportasiya edilib".

Nazir müavini bildirib ki, Türkiyədə tətbiq edilən "Mobil İmmiqrasiya Məntəqələri" miqrasiya sahəsində dünyada ilkdir:

"Bununla şəxsiyyət vəsiqəsini təqdim edə bilməyən əcnəbilər lazımi yoxlamalar üçün Mobil İmmiqrasiya Məntəqələri adlanan avtomobillərə dəvət edilir və burada İmmiqrasiya İdarəsinin əməkdaşları tərəfindən Göç-Net verilənlər bazası vasitəsilə biometrik məlumatlarla yoxlanılır".