24 aprel 2025 17:37
121

Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirilib - FOTO

Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədr müavini Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirib

"İki sahil"in Şimal bürosundan verilən məlumata görə, aprelin 24-də Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədr müavini Əvəz Qocayev aidiyyəti təşkilatların rəhbərləri və mütəxəssislərlə birlikdə rayonun Birinci və İkinci Nügədi kəndlərinin sərhəddində, Qaraçay çayının üzərində, Quba - Qonaqkənd - Muçu avtomobil yolunun 7-ci kilometrində yerləşən körpüdə yaranmış qəzalı vəziyyətlə yerində tanış olmuşlar.

Mövcud vəziyyət ətraflı müzakirə olunmuş və qısa vaxt ərzində görüləcək tədbirlər müəyyənləşdirilmişdir.

Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün