Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirak edən SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov səfər çərçivəsində bir sıra əhəmiyyətli görüşlər keçirib.
“İki sahil” xəbər verir ki, Elmar Qasımov Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Sabancı Universitetinin rektoru Prof. Dr. Yusuf Leblebici ilə görüşüb.
BANM-da yeni açılmış Data Analitikası ixtisası çərçivəsində kurikulumların hazırlanması, kadr potensialının gücləndirilməsi, professor-müəllim heyəti üçün təlimlərin təşkili, həmçinin dərsliklərlə təminat sahəsində əməkdaşlıq barədə razılıq əldə olunub.
Eləcə də Sabancı Universitetində təhsil alan BANM tələbələri Murad Əsədzadə və Sahib Rzayev ilə görüş baş tutub.