Avtomat hidroloji stansiyaların aprelin 26-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 31 sm, Əyriçay-Ağyazıdə 9 sm, Qudiyalçay-Qımılda 4 sm, Katexçay-Qəbizdərədə 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 11 sm, Bərgüşadçay-Əliquluuşağıda 10 sm artım qeydə alınıb.
Araz çayının yuxarı axımında isə suyun səviyyəsində 41 sm artım müşahidə olunub.