27 aprel 2025 02:20
131

Mahir Emreli yenə qol vurdu, "Nürnberq" 3:0-ı əldən verdi

Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilir. 

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" də növbəti matçına çıxıb. 

Səfərdə "Fortuna" ilə qarşılaşan "Nürnberq" oyunun gedişində 3 top fərqi ilə önə keçsə də, düsseldorflular 3 dəfə fərqlənərək, bir xalı xilas ediblər.

Mahir bu oyunda növbəti qolunu vurub. Yığmamızın hücumçusu görüşün 45+4-cü dəqiqəsində komandasının ikinci topunun müəllifi olub. Bu, Mahirin son 3 turda 4-cü, bu mövsüm 7-ci qolu olub.

Bu nəticədən sonra Emrelinin komandası 45 xalla 8-ci pillədə qərarlaşıb.