İran Prezidenti Məsud Pezeşkian dünənki Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“İki sahil” xəbər verir ki, bu barədə M.Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
M.Pezeşkian səfər zamanı Azərbaycan və İran arasında mühüm razılaşmaların əldə olunduğunu xatırladıb.
"Bu səfər etimadın gücləndirilməsi və hərtərəfli elmi, iqtisadi, mədəni, müdafiə əməkdaşlığının yeni üfüqlərinin açılması üçün zəmindir. Azərbaycan Prezidenti İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm", - paylaşımda qeyd edilib.
Prezidentin köməkçisi: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
CNN İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi - Prezidentin köməkçisi