06 may 2025 23:33
96

Dünya nizamını qorumanın yeganə yolu...

Qrenlandiyanın gələcəyi ilə bağlı istənilən qərarları onun xalqı qəbul etməlidir.

“İki sahil” “İnterfaks”a istinadla xəbər verir ki, bunu Avropa Parlamentində Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.

“Dünya nizamını qorumanın yeganə yolu suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə tam hörmətlə yanaşmaqdır. Məhz buna görə Aİ Danimarka və Qrenlandiyanı tam dəstəkləyir və hər iki tərəflə mövqelərini uzlaşdırır”, – Aİ-nin baş diplomatı bildirib.

O vurğulayıb ki, Qrenlandiya Arktikada Aİ-nin geostrateji prioritetləri baxımından getdikcə daha əhəmiyyətli olur. Onun sözlərinə görə, qlobal təhlükəsizlik dinamikasının dəyişməsi fonunda Arktikada hərbi fəaliyyətə diqqət artıb.