08 may 2025 08:18
167

UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.

“İki sahil” xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək.

“Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gələcək. “Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olacaq.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

8 may

23:00. “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə)

İlk oyun - 1:3.

23:00. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya)

İlk oyun - 3:0.

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.