09 may 2025 15:22
119

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib

Respublika Velotrekində Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasdan öncə federasiyanın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri Velotrek kompleksi ilə yaxından tanış olublar.

İclas zamanı gündəlikdə olan məsələlər barədə müzakirələr aparılıb, vacib qərarlar qəbul edilib.