09 may 2025 17:28
122

Bərdədə 15 yaşlı oğlan Tərtər çayında boğulub

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.

“İki sahil” xəbər verir ki, "Report"un Qarabağ bürosunun hadisə şahidlərindən əldə etdiyi məlumata görə, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.