Türkiyə Almaniya üçün son dərəcə dəyərli və önəmli NATO müttəfiqidir.
“İki sahil” xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts NATO Baş katibi Mark Rutte ilə birlikdə keçirdiyi mətbuat konfransında “Anadolu” agentliyinin sualını cavablandırarkən deyib. O bildirib ki, NATO daxilində Türkiyə ilə mövcud əməkdaşlığı gücləndirmək və genişləndirmək üçün əlindən gələni hər şeyi edəcək. Kanslerin sözlərinəm görə, Türkiyə Alyansın məsuliyyət zonasında strateji əhəmiyyətə malik bir ərazini qoruyur.
Bundan başqa. F.Merts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yaxın gələcəkdə Türkiyəyə gedəcəyini bildirib.