09 may 2025 18:38
115

Tramp Çin üçün 80 faiz tarif mesajını verib

ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət üzrə danışıqlar ərəfəsində bu ölkə üçün 80 faizlik tarif ola biləcəyinin mesajını verib. “İki sahil” xəbər verir ki, o bildirib ki, Çin öz bazarını ABŞ-a açmalıdır. “Bu onlar üçün də yaxşı olacaq. Qapalı bazarlar artıq keçmir”,- deyə Tramp əlavə edib.

Hazırda ABŞ Çin məhsullarına 145 faiz tarif tətbiq edir.