10 may 2025 10:19
96

Rusiyadan Türkiyəyə uçan təyyarə Minvodda məcburi eniş edib

Mineralnıye Vodı-Antalya istiqamətində uçan “Azur Air” aviaşirkətinə aid “Boeing-752” sərnişin təyyarəsi yaranmış nasazlıqla əlaqədar qalxdığı aeroporta geri dönməli olub.

“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

“İlkin məlumata əsasən, ötən gün Moskva vaxtı ilə təxminən 21:00 radələrində Mineralnıye Vodı – Antalya (Türkiyə) marşrutu üzrə reys yerinə yetirən “Azur Air” hava yolları şirkətinə aid “Boeing-752” hava gəmisi mühərriklərindən birində baş verən texniki nasazlığa görə, Mineralnıye Vodının M.Y. Lermontov adına beynəlxalq aeroportuna geri dönüş həyata keçirib”, – deyə məlumatda qeyd edilir.

Məlumata görə, məcburi geri qayıtmalı olan hava gəmisinin göyərtəsində 230-dan çox sərnişin olub.