10 may 2025 14:20
85

Şabranda avtomobil ağaca çırpılıb

Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər. 

Hadisə ilə bağlı araşdırma aparılır.