10 may 2025 18:00
96

Rubio: Hindistan və Pakistan neytral ərazidə danışıqlara başlamağa razılaşıblar

Hindistan və Pakistan neytral ərazidə geniş məsələlər üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio açıqlayıb.

"Son 48 saat ərzində ABŞ-nin vitse-prezidenti Cey Di Vens və mən Hindistan ilə Pakistanın yüksək vəzifəli rəsmiləri ilə qarşılıqlı əlaqədə olduq. Məmnuniyyətlə bildirirəm ki, Hindistan və Pakistan hökumətləri dərhal atəşkəs elan etmək və neytral ərazidə geniş məsələlər dairəsi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər", - M.Rubio sosial şəbəkə hesabında yazıb.