11 may 2025 10:25
137

Bakıda köməkçi tikilidə yanğın olub, meyit aşkarlanıb

Bakı şəhərinin Sabunçu rayonununda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində məişət və taxta tullantıları yanıb.

Bu barədə “İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.