11 may 2025 11:03
153

Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi panel sessiyalarla davam edir

Bakıda ANEA 2025 BAKU - Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresinin ikinci gününə start verilib.

“İki sahil” xəbər verir ki, tədbirin sonuncu günü "Vaskulyar neyrocərrahiyyə" paneli ilə başlayıb.

Bundan başqa gün ərzində "Neyroonkologiya", "Neyroanatomiya", "Spinal neyrocərrahiyyə" panel sessiyaları və peyk simpozium keçiriləcək.

Qeyd edək ki, konqresin əsas məqsədi neyrocərrahiyyə sahəsində beynəlxalq standartlara uyğun müalicə metodlarını müzakirə etmək, innovativ texnologiyaları tətbiq etmək və Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir.