11 may 2025 12:39
148

Milan"ın futbolçusu "Real"a keçə bilər

İspaniyanın "Real" klubu yeni sol cinah müdafiəçisi transfer etməyi planlaşdırır.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi İtaliyanın "Milan" komandasının futbolçusu Teo Ernandeslə bağlı sorğu göndərib.

27 yaşlı oyunçunun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. Sözləşmə uzadılmasa, fransalı futbolçu yayda klubu tərk edə bilər.

Qeyd edək ki, Teo Ernandes cari mövsüm "Milan"ın heyətində 48 oyun keçirib, 5 qol və 6 məhsuldar ötürmə yadda qalıb.