Ağcabədi şəhərində ümumi sahəsi 224 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində məişət avadanlıqları, 1 paq.m mətbəx mebeli və tavanı 5 m² sahədə yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.