UEFA Çempionlar Liqasında Fransanın PSJ və İtaliyanın "İnter" klubları arasında keçiriləcək final oyununu idarə edəcək hakimlər açıqlanıb.
“İki sahil” xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Referi İştvan Kovaça Mixay Marika və Ferens Tunyoqi kömək edəcəklər.
Dördüncü hakim funksiyasını portuqaliyalı Yuan Pineyru yerinə yetirəcək. Niderlandlı Dennis Hiqler və rumıniyalı köməkçisi Katalin Popa isə VAR hakimi olacaqlar.
Qeyd edək ki, görüş mayın 31-də Almaniyanın Münxen şəhərində oynanılacaq.