14 may 2025 11:39
88

Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb

Kürdəmir rayonunda pasiyent əməliyyatdan sonra dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Məlumata görə, rayonun Atakişili kənd sakini Abdullayeva Pərvanə Alı qızı xəstəxanada appendiksdən əməliyyat olunduqdan sonra halı pisləşib və ölüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və qadının meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.