14 may 2025 14:46
261

Ermənistan parlamentində DAVA DÜŞDÜ - VİDEO

Bu gün Ermənistan parlamentində vitse-spiker Akop Arşakyan və "Hayastan" fraksiyasından olan deputat Levon Koçaryan arasında dava olub.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Vitse-spikerin çıxışı zamanı deputat hakimiyyəti tənqid etməyə başlayıb, buna cavab olaraq Arşakyan tribunadan Koçaryanın susmasını tələb edib və onu zaldan qovmaqla hədələyib.

Onlar arasında başlayan söz davası daha sonra əlbəyaxa davaya çevrilib.