16 may 2025 11:21
95

ABŞ kəşfiyyatı əsas diqqəti MDB və Asiya Sakit Okean regionuna yönəldəcək - Narışkin

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Amerika kəşfiyyatı ABŞ-ın yeni administrasiyasının tələblərinə görə postsovet məkanına və Asiya-Sakit okean regionuna diqqət yetirəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə RİA Novosti məlumat yayıb.

“Onlar ABŞ-ın yeni administrasiyasının səmərəliliyi və büdcə intizamını yaxşılaşdırmaq tələblərinə uyğunlaşmağın yollarını axtarmağa məcburdurlar”, – deyə, agentlik Narışkinin sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, belə şəraitdə ABŞ kəşfiyyat səylərini Vaşinqton üçün ən yüksək prioritet olan ərazilərə - MDB və Asiya-Sakit okean regionuna yönəltmək qərarına gəlib.