Mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir
Yanvar-may aylarında pensiyalara 308 milyon manat çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib