Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesinə toxunub.
“İki sahil” xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı bildirib: “İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib”.
Kamaləddin Qafarov: “Ordumuz soyqırımı qurbanlarının və şəhidlərin qisasını döyüş meydanında aldı”
31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixi yaddaş və həqiqətlərin dünyaya çatdırılması