Vyetnamın İnformasiya və Rabitə Nazirliyi telekommunikasiya provayderlərinə pozuntuların araşdırılmasında yerli hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etdikləri üçün Telegram messencerini bloklamağı əmr edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” hökumət sənədlərinə istinadla məlumat yayıb.
21 may tarixli sənədi nazirliyin rabitə şöbəsinin müdir müavini imzalayıb. O, telekommunikasiya şirkətlərinə Telegram-ı bloklamaq üçün tədbirlər görməyi və iyunun 2-dək nazirliyə məlumat verməyi əmr edib.