23 may 2025 17:10
105

Merts Çin liderindən NƏ XAHİŞ EDİB?

Almaniya kansleri Fridrix Merts və Çin sədri Si Cinpin arasında telefon danışığı olub. 

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Məlmatda qeyd edilir ki, telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

"The Guardian" yazır ki, Merts Çin liderindən Avropanın sülh yolu ilə nizamlanma planını dəstəkləməsini xahiş edib.

Fridrix Merts Si Cinpinə “Ukraynada sürətli atəşkəsin təmin edilməsi üçün Avropa və Aİ-nin birgə səyləri” barədə ətraflı danışıb. Qəzet yazır ki, Si Cinpin cavab verib ki, dünyada böyük dəyişikliklər gedir və beynəlxalq vəziyyət xaos astanasındadır. Söhbət zamanı iki ölkə liderləri qlobal problemlərin aradan qaldırılması üçün birgə işləmək barədə razılığa gəliblər.

Aİ-nin nizamlanma planına Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs təklifi daxildir. Avropa ölkələri bu ideyanı aprel ayından fəal şəkildə irəli sürür, lakin Rusiya tərəfi birbaşa danışıqlara və münaqişəyə son qoymaq üçün iki ölkə tərəfindən konkret planlar təqdim olunana qədər atəşi dayandırmaqdan imtina edib.