Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko 2028-ci ildə Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi edəcəyinə görə Azərbaycanı təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.
“2028-ci ildə Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi edəcək Azərbaycanı təbrik edirik!”, – o yazıb.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Avropa Siyasi Birliyi sammitinin Azərbaycanda keçiriləcəyini bildirmişdi.