24 may 2025 12:53
86

Rusiya PUA-sının Kiyevə hücumu nəticəsində 8 nəfər yaralanıb

Rusiyanın pilotsuz təyyarəsinin Kiyevə genişmiqyaslı hücumu nəticəsində 8 nəfər xəsarət alıb, ikisi xəstəxanaya yerləşdirilib.

İki sahil”in məlumatına görə, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” səhifəsində yazıb.

"Düşmən hücumu nəticəsində xəsarət alanların sayı səkkizə çatıb. İki nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib", - Kliçko bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”