24 may 2025 15:22
76

1 mövsümdə 2 ölkənin çempionu oldu

PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya 1 mövsümdə həm Fransa, həm də İtaliya çempionu olub.

“İki sahil” xəbər verir ki, Neapol təmsilçisi ötən gecə 38-ci turda "Kalyari"ni üstələyib və 82 xalla A seriyasını qazanıb.

PSJ isə Fransa çempionatında hamını qabaqlayıb.

Xviça geridə qalan qış transfer pəncərəsində PSJ-yə keçib. O, cari mövsümün ilk yarısında "Napoli"də oynayıb.

Beləliklə, gürcüstanlı yarımmüdafiəçi 1 mövsümdə həm İtaliya, həm də Fransa çempionu adını qazanıb.