25 may 2025 17:47
106

Macarıstan Aİ liderlərini Ukraynadakı münaqişəni uzatmaqda ittiham edib

“Avropa İttifaqının (Aİ) liderləri özlərini xilas etmək üçün Ukraynadakı münaqişəni uzatmağa çalışırlar, çünki sülh gələrsə, uğursuz siyasətlərinə görə cavab verməli və istefaya getməli olacaqlar”.

“İki sahil” xəbər verir ki, bu sözləri Macarıstanın hakim partiyasının rəsmi nümayəndəsi Tamaş Mençer Kossuth radiostansiyasında çıxışı zamanı deyib.

O, Aİ liderlərinin təşkilatın üzvü olmayan Ukraynanın xeyrinə icma ölkələrinin maraqlarına məhəl qoymamasını absurd adlandırıb:

“Onlar bunu özlərini xilas etmək üçün edirlər. Çünki sülh gələrsə, Rusiyaya qarşı müharibə ilə bağlı pis qərarların və sanksiyaların, Ukraynaya ayrılan 150 milyard avronun taleyinin hesabını verməli olacaqlar, həmçinin siyasi məsuliyyəti öz üzərlərinə götürüb istefa verməlidirlər ki, bunu açıq şəkildə istəmirlər”.